...

Tailandda dəmir yolunda partlayış olub, ölənlər var

Dünya xəbərləri Materials 6 Dekabr 2022 11:26 (UTC +04:00)
Tailandda dəmir yolunda partlayış olub, ölənlər var

Bakı. Trend:

Tailandın cənubundakı Sonqxla əyalətində dəmir yolunda partlayış baş verib.

Trend TASS-a istinadən xəbər verir ki, partlayış nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Tailand Dövlət Dəmir Yollarının məlumatına görə, insident dekabrın 3-də baş vermiş partlayış nəticəsində qatarın relsdən çıxdığı yerin yaxınlığında olub.

Bugünkü partlayış zamanı 7 dəmiryolçu hadisə yerində işləyirmiş.

Hazırda təhlükəsizlik qüvvələri əraziyə baxış keçirir və hadisənin səbəblərini müəyyənləşdirir.

Xatırladaq ki, dekabrın 3-də Sonqxla əyalətində dəmir yoluna qoyulmuş bomba Malayziyaya gedən konteyner qatarının bir neçə platformasını relsdən çıxarmışdı. Hadisə nəticəsində xəsarət alan olmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti