...

Ötən həftə koronavirusdan ölüm hallarının sayı 10 faiz artıb - ÜST

Dünya xəbərləri Materials 15 Dekabr 2022 02:14 (UTC +04:00)

Bakı. Trend:

Son bir həftə ərzində dünyada 3,3 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 9,7 mindən artıq insan isə koronavirusdan ölüb.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 2 faiz, ölüm hallarının sayı isə 10 faiz artıb.

Qeyd edək ki, dekabrın 14-ü üçün koronavirusa yoluxanların sayı 646 266 987 nəfərə, ölənlərin sayı isə 6 636 278 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti