...

Britaniyada tibb bacıları tətil edir

Dünya xəbərləri Materials 15 Dekabr 2022 19:16 (UTC +04:00)
Britaniyada tibb bacıları tətil edir

Bakı. Trend:

İngiltərə, Uels və Şimali İrlandiyada tibb bacıları tətil edir.

Trend “İnterfaks”a istinadən xəbər verir ki, aksiyaya on minlərlə insan qatılıb. Onlar səhiyyə sistemində mövcud şəraitdə kifayət qədər işçi heyəti olmadığından maaşların artırılmasını və əməkhaqqı sistemində ümumi dəyişiklik olunmasını tələb edirlər. Ancaq hökumət bu tələbləri qəbuledilməz adlandırıb.

Növbəti tətil dekabrın 20-nə təyin olunub. Tibb işçilərinin tətilinin əksər əməliyyatların ləğvinə səbəb olacağı ehtimal edilir.

Xatırladaq ki, dekabrın 13 və 15-də İngiltərədə dəmiryol işçiləri də tətilə çıxmışdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti