...

Putinlə Netanyahunun telefon danışığı olub

Dünya xəbərləri Materials 22 Dekabr 2022 14:54 (UTC +04:00)
Putinlə Netanyahunun telefon danışığı olub

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin İsrailin “Likud” partiyasının lideri Benyamin Netanyahu ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Putin Netanyahu ilə beynəlxalq vəziyyəti müzakirə edib.

Qeyd olunur ki, tərəflər ikitərəfli gündəliyin aktual məsələlərini də nəzərdən keçiriblər.

“Rusiya-İsrail münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə və müxtəlif səviyyələrdə təmasların davam etdiriləcəyinə qarşılıqlı inam ifadə olunub”, - deyə məlumatda bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti