...

Qardaş Türkiyədə zəlzələ zonasına yardımların daha tez çatması üçün banklar üzərindən ianələrin edilməsi arzu olunandır – Rəşad Cabirli

Dünya xəbərləri Materials 8 Fevral 2023 22:49 (UTC +04:00)
Qardaş Türkiyədə zəlzələ zonasına yardımların daha tez çatması üçün banklar üzərindən ianələrin edilməsi arzu olunandır – Rəşad Cabirli

Bakı, Trend

Qardaş Türkiyədə, zəlzələ nəticəsində xəsarət alan, yaralanan və evsiz qalan insanlara yardımların daha tez çatmasına çalışmalıyıq. Trend–in məlumatına görə, bunu "Qardaş Köməyi" platformasının rəhbəri Rəşad Cabirli deyib.

O qeyd edib ki, zəlzələdən sonra “ Bir millət iki dövlət” şüarı ilə Azərbaycan vətəndaşları Türkiyədəki zəlzələ bölgəsindəki qardaşlarına hər cür yardım göstərmək üçün bir araya gəldilər.

Bilindiyi kimi hal-hazırda Ziraat Bank və Yapı Kredi bank üzərindən Türkiyədə zərər çəkən insanlara ödəmə komissiyası olmadan maddi vəsait köçürmə etmək mümkündür. Zəlzələdən zərər çəkən türkiyəli qardaşlarımızın ehtiyacları müxtəlifdir. Aidiyyət dövlət qurumlarından bizə gələn ehtiyac siyahılarında hər an daha fərqli ehtiyaclar ortaya çıxdığının şahidi oluruq. Bu səbədən bütün duyarlı həmvətənlərimizdən ehtiyac siyahılarında yazılan təlabata uyğun dəstək vermələrini xahiş edirik. Yardımların ehtiyac sahiblərinə daha tez çatması üçün imkanları daxilində maddi vəsait şəklində yuxarıda qeyd olunan, Türkiyə dövləti tərəfindən təqdim olunan bank hesablarına (AFAD) köçürülməsini tövsiyyə edirik” - deyə o bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məlumat üçün bildirək ki , Azərbaycan Sahibkarlar Konfederasiyası, MÜSİAD Azərbaycan, ATİB, TUİB, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi, Azərbaycan Əczaçılar Klubu, Gəncliyə Yardım Fondu, Müasir İnkişaf Birliyi, KOBSKA, Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə Birliyi və dəstəkçi təşkilat KOBİA təmsilçisinin də iştirakı ilə təsis edilən "Qardaş Köməyi" platformasının yardımları Türkiyəyə zəlzələ bölgəsinə göndərilir.

Platforma üzvləri zəlzələdən zərər çəkən insanlara pul dəstəyi göstərmək istəyən insanları “SƏNİNLƏYƏM-TÜRKİYƏM!” adlı yardım kampaniyasına qoşulmağa çağırıb. Belə həssas məqamlarda sui-istifadə hallarının qarşısının alınması, o cümlədən, pərakəndəliyə yol verməmək üçün aşağıda məlumatları elan olunan yardım kampaniyasına həm fiziki, həm də hüquqi şəxslərin qoşulması lazımdır.

“Ziraat Bank Azərbaycan”ın şöbələrindən və mobil hesablarından Türkiyənin AFAD təşkilatının (Daxili İşlər Nazirliyinin Fövqəladə Vəziyyətin İdarəedilməsi Başqanlığı) hesabına Türkiyə lirəsi, ABŞ dolları və Avro ilə köçürmə edilməsi lazımdır.

O cümlədən, bu hesaba köçürmə edilməlidir:
“Yardım et!”
SMS İanəsi: Azercell abunəçiləri 8116 nömrəsinə İANƏ etmək istədiyi məbləği yazaraq SMS vasitəsilə İANƏ edə bilər.
Onlayn İANƏ: Hesab.az və Yardım.et
Ödəmə terminalları: Milliön, eManat
AZN Hesabı:
Valyuta AZN
Benefisiarın bank Kapital Bank ASC Nəsimi filialı
Filialın kodu 200112
VÖEN 9900003611
SWIFT kod AIIBAZ2XXXX
Müxbir hesab AZ37NABZ01350100000000001944
Benefisiarın adı AZƏRBAYCAN QIZIL AYPARA CƏMİYYƏTİ
Benefisiarın hesabı AZ77AIIB38090059443500275111
Benefisiarın VÖEN-i 1700011681
Ünvan Bakı şəhəri, Nəsimi ray. İ. Qasımov küç 4
Telefon Telefon: +994124407169 Faks: +994124414849
Email [email protected]
T.C.
İçişleri Bakanlığı
Afet ve Acil Durum Yönetimi Başkanlığı (AFAD)
Deprem Dairesi Başkanlığı
Tel: +90 312 287 36 48
+90 312 258 23 23 (Santral)
Fax: +90 312 287 93 70
E-Posta: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti