Bakı. Trend:
ABŞ prezidenti Co Bayden Braziliya Ppezidenti Luis İnasio Lula da Silvanın respublikaya səfər dəvətini qəbul edib.
Trend xəbər verir ki, bu barədə liderlərin Vaşinqtondakı görüşündən sonra Ağ Evin yaydığı açıqlamada bildirilir.
"Prezident Lula prezident Baydeni Braziliyaya səfərə dəvət edib və prezident Bayden dəvəti qəbul edib", - deyə açıqlamada deyilir.
Liderlər həmçinin “dialoqu genişləndirmək və əməkdaşlığı dərinləşdirmək üzrə razılaşıblar”.