Bakı. Trend:
Rumıniyada 5.2 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, zəlzələ cənubi Karpatiyada qeydə alınıb.
Yeraltı təkan Serbiya, Bolqarıstan, Şimali Makedoniya, Kosovo və Xorvatiyada da hiss edilib.
Afterşokların ola biləcəyi barədə xəbərdarlıq olunub.