...

Batumi bazarında yanğın baş verib

Dünya xəbərləri Materials 14 Fevral 2023 02:36 (UTC +04:00)
Batumi bazarında yanğın baş verib

Bakı. Trend:

Gürcüstanın kurort şəhəri Batumidə yerləşən “Hopa” bazarında yanğın baş verib.

Trend xəbər verir ki, avtomobil ehtiyat hissələri mağazası yanıb.

İlkin məlumatlara görə, dəymiş ziyanın məbləği 100 min larini (təxminən 38 min dollar) keçir.

Yanğının nədən baş verdiyi hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti