...

Şimali Koreya ballistik raket buraxıb

Dünya xəbərləri Materials 27 Mart 2023 04:42 (UTC +04:00)
Şimali Koreya ballistik raket buraxıb

Bakı. Trend:

Şimali Koreya Şərq dənizi istiqamətində ballistik raket buraxıb.

Trned xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən "Yonhap" agentliyi məlumat yayıb.

Eyni zamanda, Yaponiyanın Sahil Mühafizəsi saat 07:54-də (Bakı vaxtı ilə 02:54), ballistik raketin artıq dənizə düşdüyünü bildirib.

Bir neçə dəqiqədən sonra, təxminən saat 08:00-da (3:00), sahil mühafizəsi Şimali Koreyanın ikinci raketi buraxdığı barədə məlumat verib. Saat 08:05-də (03:05) ikinci raketin də dənizə düşdüyü bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti