...

Türkiyədə seçkilər demokratik şəkildə keçir - ədliyyə naziri

Dünya xəbərləri Materials 14 May 2023 10:46 (UTC +04:00)
Türkiyədə seçkilər demokratik şəkildə keçir - ədliyyə naziri

Bakı. Trend:

Türkiyədə seçkilər demokratik şəkildə keçir.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ deyib.

Onun sözlərinə görə, ölkədə keçirilən prezident və parlament seçkiləri hər bir vətəndaş üçün vacibdir.

Xatırladaq ki, B.Bozdağ Şanlıurfa əyalətində səs verib.

Qeyd edək ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident və parlament seçkilərində səsvermə başlayıb.

Səsvermə yerli vaxtla saat 17:00-dək davam edəcək.

Ümumilikdə Türkiyədə səsvermə hüququna 64 milyondan artıq insan malikdir.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları aprel ayının 27-dən may ayının 9-dək səs vermədə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti