...

Rusiya və ABŞ BKS-ın orbitdən çıxarılmasını tənzimləyən sənəd layihəsi hazırlayıb

Dünya xəbərləri Materials 19 May 2023 07:54 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın “Roskosmos” dövlət korporasiyası amerikalı həmkarları ilə birlikdə Beynəlxalq Kosmik Stansiyanın (BKS) orbitdən çıxarılması prosesini tənzimləyən texniki sənəd layihəsi hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə korporasiyasının mətbuat xidmətindən məlumat verilib.

"Bir müddət əvvəl biz amerikalı həmkarlarımızla birlikdə Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılmasını, daha doğrusu, deorbitasiyanın texniki aspektlərini tənzimləyən texniki sənəd layihəsi hazırladıq", - deyə məlumatda qeyd edilib.

Dövlət korporasiyası bildirib ki, hər iki tərəfin imkanlarının tətbiq olunduğu Beynəlxalq Kosmik Stansiyanın orbitdən çıxarılması üçün müxtəlif ssenarilər nəzərdən keçirilir. Eyni zamanda, müzakirələr, o cümlədən ISS proqramının rəhbərliyi səviyyəsində aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti