Bakı. Trend:
ABŞ Prezidenti Co bayden dövlət borcunun tavanının artırılması ilə bağlı danışıqlar məhsuldar oldu, lakin hələlik razılaşma əldə edilmədi.
Trend xəbər verir ki, bunu görüşdən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti deyib.
K.Makkarti bildirib ki, razılıq əladə olunana qədər ABŞ prezidenti ilə hər gün danışmağa hazırdır.
"Hər ikimiz bilirik ki, razılığa gəlməliyik. İnanıram ki, biz bunu bacaracağıq", - deyə o əlavə edib.
K.Makkarti həmçinin qeyd edib ki, o, Nümayəndələr Palatasına dövlət borcunun tavanının artırılmasını "heç vaxt" təklif etməyəcək və onun fikrincə, qanunvericilərin federal xərclərin "istiqamətini dəyişdirməsinin" vaxtı çatıb.