...

“Volvo Trucks” tarixi sifariş alıb

Dünya xəbərləri Materials 23 May 2023 11:48 (UTC +04:00)
“Volvo Trucks” tarixi sifariş alıb
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Yük maşını istehsalçısı “Volvo Trucks”, şirkətin tarixində ən böyük müqaviləyə imza atıb.

Trend-in məlumatına görə, şirkət 2030-cu ilə qədər İsveçrənin tikinti materialları istehsalçısı “Holcim”-ə 1000 elektrik yük maşını tədarük edəcək. Bu sövdələşmə bu günə qədər “Volvo” elektrik avtomobilləri üçün ən böyük kommersiya sifarişi kimi qeydə alınıb.

İlk 130 elektrikləşdirilmiş “Volvo FH” və “Volvo FM” yük maşınının 2023 və 2024-cü illərdə çatdırılması planlaşdırılır.

Sözügedən avtomobillər akkumulyatorla işlədiyi üçün atmosferə heç bir zərərli emissiya buraxmır. O, həmçinin enerjiyə qənaət və səs-küy çirkliliyinin azaldılması kimi mühüm üstünlüklərə malikdir. “Volvo Trucks” 2030-cu ilə qədər satışlarının 50% -ni elektrik yük maşınlarından əldə etməyi hədəfləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti