...

Heç kəs Türkiyəni parçalaya bilməyəcək - Ali Yerlikaya

Dünya xəbərləri Materials 15 İyul 2023 10:52 (UTC +04:00)
Heç kəs Türkiyəni parçalaya bilməyəcək - Ali Yerlikaya
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Heç kəs Türkiyəni parçalaya bilməyəcək.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya öz rəsmi twitter hesabından etdiyi paylaşımda bildirib.

“15 iyul xain çevriliş cəhdindən 7 il keçir. Ölkəmizin hər yerində şəhdlərimizi, Türk Əsrinin qəhrəmanı olan qazilərimizi, milyonlarla məmləkət övladını anırıq. Bir tərəfdən millətimizin şanlı zəfərinin sevincini yaşayırıq, digər tərəfdən də çevriliş cəhdini dayandıran, çılpaq əlləri ilə tanklara, toplara, təyyarələrə meydan oxuyan şəhidlərimizin hüznünü yaşayırıq. 253 şəhid vətənpərvər oğlumuz, 2739 qəhrəman veteranımızın hər biri millətimizin qəlbinə həkk olunub. FETÖ xainləri ilə amansız mübarizəmiz bitməyib, bitməyəcək. Dövlətimizi məhv edə bilməyəcəksiniz! Bu ölkəni diz çökdürə bilməyəcəksiniz! Heç kəs Türkiyəni parçalaya bilməyəcək!", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, bu gün Türkiyədə Demokratiya və Milli Birlik Günü kimi qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti