...

ABŞ və Ukrayna təhlükəsizlik sahəsində danışıqlara başlayıb

Dünya xəbərləri Materials 4 Avqust 2023 09:40 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Vaşinqton və Kiyev cümə axşamı təhlükəsizlik sahəsində uzunmüddətli öhdəliklər üzrə danışıqlara başlayıblar.

Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Təhlükəsizlik sahəsində ikitərəfli öhdəliklərimiz Ukraynanı hazırda müdafiə edə biləcək dayanıqlı qüvvələrlə təmin etməyə yönəlib", - məlumatda bildirilib.

Ukraynalı həmkarlar cümə axşamı başlayan danışıqlarda Dövlət Departamenti, Pentaqon və Milli Təhlükəsizlik Şurasının nümayəndələrinin də iştirak etdiyi qeyd olunub.

Müzakirələrin "G7" ("Böyük Yeddilik") ölkələrinin Ukraynaya dəstək üzrə birgə bəyannaməsi çərçivəsində aparıldığı deyilib.

Qeyd edək ki, bundan əvvəl "G7" ölkələri və bir sıra digər dövlətlər Ukrayna ilə ikitərəfli təhlükəsizlik təminatı üzrə danışıqlara hazır olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti