Bakı. Trend:
Çin Türkiyəyə turist qruplarının göndərilməsinə icazə verib.
Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, Çin ABŞ, Böyük Britaniya, Avstraliya, Cənubi Koreya, Yaponiya və Türkiyə də daxil olmaqla, bir çox ölkəyə qrup səyahətinə qoyulan qadağaları aradan qaldıraraq, qlobal turizm bazarını gücləndirə biləcək səyahət məhdudiyyətlərini yumşaldıb.
Məhdudiyyətlərin aradan qaldırılması ölkə üzrə bütün turizm agentliklərinə və onlayn platformalara şamil edilir.
Qadağaların aradan qaldırılması COVID-19 pandemiyasından əvvəl ən böyük turist mənbələrindən biri olan Çinin durğun qlobal turizm sənayesini sürətləndirəcək.