Bakı. Trend:
Türkiyənin İstanbul şəhərində meşə yanır.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, İstanbul şəhərinin Büyükçekmece səmtindəki Cümhuriyyət məhəlləsindəki meşə sahəsində naməlum səbəbdən yanğın başlayıb.
Məlumata görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən göndərilib. Yanğına müdaxilə davam edir.