...

"Vaqnerçi"lərin Ermənistana gəldiyi barədə şaiyə yayan Jirayr Sefilyan dindiriləcək

Dünya xəbərləri Materials 11 Sentyabr 2023 15:57 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın qərbyönümlü "Milli-demokratik qütb" hərəkatının nümayəndəsi, "ASALA" terror təşkilatının keçmiş üzvü Jirayr Sefilyan Milli Təhlükəsizlik Xidmətinə dindirilməyə çağrılıb.

Trend bu barədə erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, Jirayr Sefilyan guya "Vaqner" özəl hərbi şirkətinin 12 min döyüşçüsünün Ermənistana gəldiyini və guya yerli "agentura"nın köməyi ilə dövlət çevrilişi edərək Paşinyanı devirəcəyinə dair şaiyələr yayıb.

Xatırladaq ki, bir müddət öncə Ermənistanda bir sıra iqtidaryönlü qurumlara məxsus səhifələrdə 3 min “vaqnerçi”nin ölkəyə gəlişi və yerli qüvvələrin dəstəyi ilə dövlət çevrilişi həyata keçirəcəyi, həmçinin Baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağı ilə bağlı xəbərlər yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti