...

BMT baş katibi taxıl sazişi üzrə sistemli problemlərin həlli üçün vasitələrə malik deyil - Nebenzya

Dünya xəbərləri Materials 18 Sentyabr 2023 15:11 (UTC +04:00)
BMT baş katibi taxıl sazişi üzrə sistemli problemlərin həlli üçün vasitələrə malik deyil - Nebenzya

Trend-i buradan izləyin

Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin baş katibi Antonio Quterreş və komandası taxıl sazişi üzrə sistemli problemlərin həlli üçün vasitələrə malik deyil.

Trend xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

O bildirib ki, BMT özü dəfələrlə təsdiqləyib ki, baş katibi və komandası çalışsa da, sistemli problemlərin həlli üçün vasitələrə malik deyil.

Nebenzyanın sözlərinə görə, Rusiya tərəfi Afrika, Asiya və Yaxın Şərqin nisbətən az inkişaf etmiş ölkələrinə real yardım göstərməyə davam edir.

Rusiyanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya Qara dəniz taxıl sazişinə geri qayıtmaq üçün şərtlərini açıq-aşkar bildirib.

Xatırladaq ki, Taxıl Dəhlizi Sazişi Rusiya-Ukrayna müharibəsi nəticəsində Ukrayna taxıl gəmilərinin Qara dəniz limanlarından keçə bilməməsi səbəbindən 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Saziş çərçivəsində dəhliz vasitəsilə 1 avqust 2022-ci il tarixindən indiyə qədər 1000-dən çox gəmi ilə 33 milyon tona yaxın taxıl daşınıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Rusiya tərəfi bildirib ki, taxıl sazişinin bərpası barədə yalnız Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan qadağa aradan qalxdıqdan sonra düşünə bilər.

Xəbər lenti

Xəbər lenti