...

İraqda toyda yanğın olub - Ölən və yaralananların sayı 400 nəfəri ötüb

Dünya xəbərləri Materials 27 Sentyabr 2023 09:39 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İraqın Nineva vilayətində baş verən yanğın nəticəsində ölən və yaralananların sayı 450 nəfərə çatıb.

Trend xəbər verir ki, bu barədə məlumatı İraq Qızıl Aypara Cəmiyyəti özünün "X" (tvitter) sosial şəbəkə hesabında paylaşıb.

xxx

05:12

İraqın Mosul şəhərində şadlıq sarayında baş verən yanğında 100 nəfər həyatını itirib, 500 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə İraqın İNA xəbər agentliyi məlumat yayıb.

Mosul Səhiyyə İdarəsinin müdir müavini Əhməd Həmdani yerli mətbuata faktı təsdiqləyib.

Yanğın bölgəsinə ətraf əyalətlərdən çoxlu yanğınsöndürmə briqadaları və təcili yardım maşınları cəlb olunub.

Yanğının səbəbləri hələlik məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti