Bakı. Trend:
ABŞ-ın Las-Veqas prokurorluğu Dueyn Kit Devisi reper Tupak Şakurun qətlində ittiham edib və o, həbs edilib.
Trend-in məlumatına görə, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən bildirib.
Tupak Şakurun qətli 27 il əvvəl Las-Veqasda baş verib. 7 sentyabr 1996-cı ildə reperin olduğu avtomobil yaxınlıqda dayanan avtomobildən atəşə tutulub. Qatilin kimliyi naməlum olaraq qalıb.
Lakin şahid qismində dindirilən Devis atışma baş verən avtomobildə olduğunu dəfələrlə bildirib.