...

Türkiyə limanlarına 65 milyon tondan çox neft məhsulları daşınıb

Dünya xəbərləri Materials 11 Oktyabr 2023 16:06 (UTC +04:00)

Bakı. Trend:

2023-cü ilin yanvar-sentyabr ayında Türkiyə limanları 65 milyon 839 min 8 ton neft məhsulları qəbul edib.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili neft məhsulları qəbulu 4 milyon 637 min 532 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə neft məhsulları daşınması 61 milyon 201 min 476 ton olub”, - deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2023-cü ilin yanvar-sentyabr ayında Türkiyə limanlarından transit yolu ilə 30 milyon 303 min 432 ton neft məhsulları daşınıb.

Qeyd edək ki, 2023-cü ilin sentyabr ayında Türkiyə limanları 32 milyon 24 min 971 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında üzən gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 459 min 999 ton təşkil edib.

Türkiyə limanlarına digər ölkələrin bayraqları altında üzən gəmilərlə yük daşınması 29 milyon 564 min 972 ton olub.

Bununla yanaşı, 2023-cü ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 129 min 357 ton tranzit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 292 milyon 607 min 632 ton yük qəbul edib.

2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə bayrağı altında üzən gəmilərlə yük qəbulu 21 milyon 745 min 148 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 270 milyon 862 min 484 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 722 min 881 ton tranzit yük daşınıb.

Xəbər lenti

Xəbər lenti