...

NASA astronavtlarının kosmosa çıxışları təxirə salınıb

Dünya xəbərləri Materials 13 Oktyabr 2023 03:38 (UTC +04:00)
NASA astronavtlarının kosmosa çıxışları təxirə salınıb

Bakı. Trend:

Beynəlxalq Kosmik Stansiyanın (BKS) çoxməqsədli "Elm" laboratoriya modulunun xarici (ehtiyat) radiator sxemindən soyuducu maye sızması səbəbindən təxirə salınan astronavtların kosmosa çıxışları oktyabrın 19 və 30-na planlaşdırılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bildirib.

"Yeni planlara görə, ABŞ seqmentindən <...> iki kosmos çıxışı 19 oktyabr cümə axşamı və 30 oktyabr bazar ertəsi günündən gec olmayaraq baş tutacaq. Çünki NASA menecerləri və mühəndisləri "Elm" Çox Məqsədli Laboratoriya Modulunun ehtiyat radiatorundan soyuducu sızması ilə bağlı halları araşdırarlar", - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti