Bakı. Trend:
İsrail ölkənin şimalında Livanla sərhəddən 2 km radiusda yaşayan sakinləri təxliyə edir.
Trend xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin və İsrail Müdafiə Ordusunun nümayəndələrinin birgə bəyanatında deyilir.
Məlumata görə, plana 28 yaşayış məntəqəsi daxil edilib. Təxliyə olunmuş sakinlər dövlət tərəfindən subsidiyalaşdırılan qonaq evlərində yerləşdiriləcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.