...

Böyük Britaniyanın baş naziri İsrailə getdi

Dünya xəbərləri Materials 19 Oktyabr 2023 10:21 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Rişi Sunak bu gün səhər Yaxın Şərqə səfəri çərçivəsində İsrailə gedib.

Trend xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Bildirilib ki, Sunakın israilli həmkarı Benyamin Netanyahu və ölkə prezidenti İsaak Hersoqla görüşü planlaşdırılır.

Bundan əvvəl Britaniya təyyarələrinin oktyabrın 13-də İsrail ərazisində müşahidə uçuşlarına başlayacağı bildirilirdi.

Qeyd edək ki, dünən ABŞ prezidenti Co Bayden İsrailə səfər edib.

Xəbər lenti

Xəbər lenti