...

Ərdoğan Qazaxıstana getdi

Dünya xəbərləri Materials 2 Noyabr 2023 13:24 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstana səfər edib.

Trend xəbər verir ki, Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Astanada keçiriləcək X Zirvə görüşündə iştirak edəcək.

Səfərdə Prezident Ərdoğanı enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, ticarət naziri Ömer Bolat, TDT-nin Ağsaqqallar Şurasının sədri Binali Yıldırım, Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın və Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun müşayiət edirlər.

Xəbər lenti

Xəbər lenti