...

Robot fəhləni qutu ilə səhv salıb öldürdü

Dünya xəbərləri Materials 9 Noyabr 2023 16:20 (UTC +04:00)
Robot fəhləni qutu ilə səhv salıb öldürdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada robot fəhləni əzərək öldürür.

Trend xəbər verir ki, ölən şəxs robototexnika şirkətinin əməkdaşı olub. Onun təxminən 40 yaşı olub.

Cənubi Gyeongsang əyalətindəki kənd təsərrüfatı paylama mərkəzində bir işçi robotun sensorlarını sınaqdan keçirərkən, bolqar bibəri qutularını qaldıran və onları paletin üzərinə qoyan sənaye robotu, görünür, nasaz olub və işçinin qutu olduğunu müəyyən edib.

Robot kişinin konveyer lentinə basaraq üzünü və sinəsini əzib. Kişi xəstəxanaya çatdırılsa da, daha sonra aldığı xəsarətlərdən orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti