...

Böyük Britaniyanın daxili işlər naziri vəzifəsindən azad olunub

Dünya xəbərləri Materials 13 Noyabr 2023 13:23 (UTC +04:00)
Böyük Britaniyanın daxili işlər naziri vəzifəsindən azad olunub
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniyanın daxili işlər naziri Suella Breyverman vəzifəsindən azad olunub

Trend bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Böyük Britaniyanın baş naziri Ruşi Sunak daxili işlər naziri Suella Breyvermanı vəzifəsindən azad edib.

Qeyd edək ki, bundan bir qədər əvvəl Suella Breyverman Fələstinə dəstəklə bağlı yürüşlər haqqında yazdığı məqaləsinə görə tənqid olunub. Belə ki, keçmiş nazir polisin etirazları idarə edərkən ikili standartlar tətbiq etdiyini və Fələstinə dəstəklə bağlı yürüşləri görməzdən gəldiyini bildirib. Böyük Britaniya müxalifəti Breyvermanı nifrət nitqi yaymaqda ittiham edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti