...

Ermənistanın müdafiə xərclərini artırması müharibəyə hazırlıq deyil - Paşinyandan riyakar AÇIQLAMA

Dünya xəbərləri Materials 16 Noyabr 2023 12:12 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan heç bir təcavüzkar niyyəti olmadan öz silahlı qüvvələrini gücləndirməyə davam edir.

Trend xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin büdcə layihəsi üzrə müzakirələrdə çıxışında deyib.

O, ölkənin 2024-cü il üzrə hərbi büdcəsinin 2018-ci illə müqayisədə iki dəfə artdığını təsdiq edib.

"Hərbi xərclərin artırılması müharibəyə deyil, sülhə hazırlıqdır. Çünki təhlükəsizlik sülhün və sabitliyin ən mühüm təminatçısıdır", - o deyib.

Ermənistanın silahlanmasının "heç bir təcavüzkar niyyət daşımadığını" deyən Paşinyan qonşu ölkələrin də guya buna "inandıqlarından" əmin olduğunu bildirib.

Əslində, Paşinyan özü də səmimiyyətdən uzaq açıqlamasının inandırıcı olmadığını bilir. Bir tərəfdən Fransadan Ukraynanın yararsız hesab edərək imtina etdiyi "Bastion" zirehli maşınlarını satın alan, digər tərəfdən isə Hindistandan hərbi silah-sursat daşıyan Ermənistan, görəsən, nə zaman bu ikili oyunlarından əl çəkəcək və regionda sülhün əldə olunması istiqamətində səy göstərəcək?

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti