...

Ərdoğanın Almaniyaya səfəri başladı

Dünya xəbərləri Materials 17 Noyabr 2023 14:35 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Almaniyaya yola düşüb.

Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə prezidenti Berlində Almaniya kansleri Olaf Şolts ilə görüşəcək.

Görüşdə Qəzzadakı vəziyyətlə yanaşı, Türkiyə-Almaniya münasibətlərinin ticari-iqtisadi və digər aspektlərinin müzakirə olunacağı qeyd olunub.

Türkiyə prezidentinin səfər çərçivəsində, həmçinin, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə də görüşəcəyi gözlənilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti