Bakı. Trend:
Ədən körfəzində türk kapitanların olduğu Liberiya bayraqlı “Central Park” gəmisinin heyəti xilas edilib.
Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb.
Gəminin 15 saat saxlanıldıqdan sonra xilas edildiyi və bütün şəxsi heyətin yaxşı olduğu bildirilib.
Qeyd edək ki, Türkiyə Dənizçilik Baş İdarəsi dünən Ədən körfəzində türk kapitanların olduğu Liberiya bayraqlı “Central Park” gəmisi ilə əlaqənin kəsildiyini açıqlayıb.