...

Yaponiyada zəlzələlərdən sonra 9,5 min insan təxliyə mərkəzlərində qalır

Dünya xəbərləri Materials 1 Fevral 2024 06:27 (UTC +04:00)

Bakı. Trend:

Yaponiyada ən azı 9,5 min insan təxliyə mərkəzlərində qalmağa davam edir.

Trend-in məlumatına görə, bu barədə "Yomiuri" qəzeti xəbər verib.

Məlumata əsasən, həmin mərkəzlər Noto yarımadasında baş verən bir sıra güclü zəlzələlərin başlamasından bir ay sonra məktəblərdə və dövlət müəssisələrində açılıb.

Bildirilib ki, xilasedicilər bölgədəki 40 minə yaxın evin su təchizatını hələ də bərpa etməyiblər. Bununla əlaqədar olaraq yerli hakimiyyət orqanları tərəfindən təmir işləri aparılır, məcburi köçkünlər üçün müvəqqəti yaşayış evləri tikilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti