...

Namibiya prezidenti vəfat edib

Dünya xəbərləri Materials 4 Fevral 2024 07:41 (UTC +04:00)
Namibiya prezidenti vəfat edib

Bakı. Trend:

Namibiya prezidenti Haqe Qotfrid Qeynqov fevralın 4-də 82 yaşında vəfat edib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısının ofisi "X" sosial şəbəkəsində bildirib.

Məlumata əsasən, ölən zaman o, həyat yoldaşı və uşaqlarının əhatəsində xəstəxanada olub.

Bildirilib ki, yanvar ayında ona xərçəng diaqnozu qoyulub.

Müvafiq tədbirlərin görülməsi üçün hökumətin iclası planlaşdırılır. Vitse-prezident Nanqolo Mbumba Namibiyanın müvəqqəti prezidenti vəzifəsini icra edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti