...

Fransada dəmir yolları nəzarətçiləri tətil çağırışı edib

Dünya xəbərləri Materials 14 Fevral 2024 06:05 (UTC +04:00)
Fransada dəmir yolları nəzarətçiləri tətil çağırışı edib

Bakı. Trend:

Fransada dəmir yolları nəzarətçiləri fevralın 16-da tətil edəcəklərini bildiriblər.

Trend-in məlumatına görə, SUD-Rail və CGT kimi həmkarlar ittifaqları nəzarətçilərin tətil çağırışını dəstəkləməklə bağlı qərar qəbul ediblər. Rəhbərliklə son danışıqların heç bir nəticə vermədiyini deyən nəzarətçilər digər tələblərlə bərabər maaşlarının artırılmasını və pensiyalarının yenidən nəzərdən keçirilməsini tələb edirlər.

Fransa Milli Dəmir Yolları Şirkətinin baş direktoru Jan-Pyer Farandu tətilçilərin tələblərinə “hə” cavabı verməyin çətin olduğunu bildirib. Bu cavab nəzarətçiləri ölkədə, xüsusilə də Paris bölgəsində məktəb tətilləri zamanı tətil çağırışını davam etdirməyə vadar edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti