...

Azərbaycanla sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir - Ermənistan XİN

Dünya xəbərləri Materials 22 Fevral 2024 20:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ümid edirik ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında bütün məsələlərin müzakirə olunacağı görüş baş tutacaq.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın sülh müqaviləsi ilə bağlı tövsiyələrinin son variantını aldığını bildirib və əlavə edib ki, hazırda nazirlərin başçılıq etdiyi nümayəndə heyətləri arasında sülh müqaviləsinin mətni üzrə növbəti görüşlə bağlı müzakirələr gedir.

"Ermənistan tərəfi Azərbaycanla münasibətləri normallaşdırmağa hazırdır. Bu yaxınlarda Münxendə Ermənistan və Azərbaycan liderləri arasında görüşün baş tutmasını müsbət hesab etmək olar, lakin son nəticədə biz görüşlərdən və müzakirələrdən daha praktiki hərəkətlərə və danışıqlarda əldə edilmiş razılaşmalara keçməliyik", - o qeyd edib.

Qeyd edək ki, Baş nazirin müavini Mher Qriqoryan Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin növbəti görüş vaxtının hələ müəyyən edilmədiyini deyib. O delimitasiya prosesinə toxunaraq qeyd edib ki, biz sırf olaraq peşəkar xəritələr olan topoqrafik xəritələrdən danışırıq.

Xatırladaq ki, fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan və Ermənistan xarici işlər nazirləri yaxın zamanda görüşəcəklərini deyib. O qeyd edib ki, sülh müqaviləsi layihəsi yaxın vaxtlarda iki ölkənin xarici işlər nazirlərinin görüşündə müzakirə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti