...

Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var - BMT

Dünya xəbərləri Materials 25 Fevral 2024 07:38 (UTC +04:00)
Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var - BMT
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hər beşinci ukraynalı ailə ərzaq qıtlığı yaşayır.

Trend xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) “X” sosial hesabında bildirilib.

Təşkilatın qışda 2,4 milyon insana aylıq həm ərzaq, həm də pul yardımı etdiyi qeyd edilir. Ümumilikdə Ukraynada yaşayan 14 milyon insanın humanitar yardıma ehtiyacı var. Birbaşa qida rasionu ilə yanaşı, nağd pul paylama proqramı da həyata keçirilir.

Son hesabata görə, 2023-cü ilin dekabrında ÜƏP ehtiyacı olan 600 minə yaxın insana müxtəlif formalarda nağd şəkildə təxminən 17,5 milyon dollar yardım ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti