...

Nigeriyada quldurların hücumu nəticəsində azı 21 nəfər ölüb

Dünya xəbərləri Materials 23 Mart 2024 08:38 (UTC +04:00)

Bakı. Trend:

Nigeriyanın şimalındakı Madaka kəndinə quldurların hücumu nəticəsində ən azı 21 nəfər ölüb, bir neçə nəfər oğurlanıb.

Trend xəbər verir ki, bu barədə “Premium Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkənin şimalındakı Niger əyalətində quldurlar 21 nəfəri, o cümlədən Madaka kəndinin başçısını qətlə yetiriblər. Bundan əlavə, 50-yə qədər ev yandırılıb.

Son zamanlar Nigeriyanın Niger əyalətində terror fəaliyyətləri səbəbindən hücumlar müntəzəm xarakter alıb.

Xəbər lenti

Xəbər lenti