...

Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu məhdudlaşdırıb

Dünya xəbərləri Materials 10 Aprel 2024 04:27 (UTC +04:00)
Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu məhdudlaşdırıb

Bakı. Trend:

Fransa Senatı nəqliyyat işçilərinin tətil hüququnu məhdudlaşdıran qanun layihəsini qəbul edib.

Trend-in məlumatına görə, bu barədə "Figaro" qəzeti xəbər verib.

Məlumata əsasən, Senat nəqliyyat işçilərinin bayram, məktəblilərin yay tətili, seçkilər və ölkə əhəmiyyətli tədbirlər zamanı tətil keçirməsini qadağan edib. Bundan başqa, qanun layihəsinə görə, pik saatlarında minimal xidmət təmin edilməlidir.

Ekspertlərin fikrincə, Senat bu yolla nəqliyyat işçilərinin Paris Olimpiadası zamanı planlaşdırdığı tətilin qarşısını almağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti