Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri PKK-nın 5 terrorçusunu zərərsizləşdirib.
Trend türk KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "X" sosial şəbəkə hesabında paylaşım edilib.
Məlumata görə, Türkiyə ordusu PKK-ya qarşı əməliyyatları
qətiyyətlə davam etdirir.
"İraqın şimalındakı Hakurk bölgəsində aşkarlanan 5 PKK üzvü hava
əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız son terrorçu
məhv edilənə qədər davam edəcək", - məlumatda qeyd edilib.