...

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Dünya xəbərləri Materials 3 May 2024 04:26 (UTC +04:00)

Bakı. Trend:

Fransanın Dövlət Dəmir Yolları Şirkətinin (SNCF) əməkdaşları Parisdə tətil keçirməyi planlaşdırırlar.

Trend-in məlumatına görə, həmkarlar təşkilatları ilə rəhbərlik arasındakı danışıqlar nəticə vermədiyi üçün işçilər mayın 21-də bir günlük tətil keçirməyə qərar veriblər. Şirkətin Olimpiya Oyunları vaxtı məzuniyyətdən imtina edəcək şəxslərə ödənilməli olan məbləğ həmkarları qane etmir.

Dəmiryolçular bildirirlər ki, Olimpiya oyunlarına ayrılan milyardlarla avroluq vəsait qarşılığında onların əməyi çox ucuz dəyərləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti