...

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - Simonyan təsdiqlədi

Dünya xəbərləri Materials 6 May 2024 13:00 (UTC +04:00)
Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək - Simonyan təsdiqlədi
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkənin baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəyini təsdiqləyib.

Trend bu barədə erməni KİV-ə istinadən xəbər verir.

Erməni jurnalistin Paşinyanın Putinin andiçmə mərasimi üçün Moskvaya gedib-getməyəcəyi ilə bağlı sualına Simonyan "xeyr" deyə cavab verib.

Xatırladaq ki, bu yaxında erməni KİV-ində Paşinyanın Putinin andiçmə mərasimində iştirak etməyəcəyinə dair məlumat yayılmışdı.

Məlumata görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq, lakin mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək.

Erməni KİV bunun Qərbin tələbi olduğunu yazır.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti