...

Yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı 5 milyard dolları ötüb

Dünya xəbərləri Materials 7 May 2024 19:06 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 5,2 milyard dollara bərabər olub.

Trend-in TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin mart ayında Türkiyə 1,2 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 13,6 faiz çoxdur”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 15,4 milyard dollar məbləğində polad məhsulları ixrac edib.

Xəbər lenti

Xəbər lenti