Bakı. Trend:
Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, İzmir şəhərində baş verən zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib.