...

Gürcüstanın baş naziri Türkiyəyə rəsmi səfərə gedib

Dünya xəbərləri Materials 16 May 2024 14:50 (UTC +04:00)
Gürcüstanın baş naziri Türkiyəyə rəsmi səfərə gedib

Bakı. Trend:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze mayın 16-da Türkiyəyə rəsmi səfərə gedib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Hökumətinin administrasiyası məlumat yayıb.

Bildirilib ki, İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və geniş tərkibdə görüşəcək, birgə mətbuat konfransı keçiriləcək.

Nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, müdafiə naziri İrakli Çikovani, xarici işlər naziri İlya Darçiaşvili, təhsil naziri Giorgi Amilaxvari, Acarıstan hökumətinin başçısı Tornike Rijvadze və digər rəsmi şəxslər daxildirlər.

Xəbər lenti

Xəbər lenti