...

Fransada əczaçılar tətil keçirəcəklər

Dünya xəbərləri Materials 29 May 2024 06:18 (UTC +04:00)

Bakı. Trend:

Fransa Əczaçıları Həmkarlar Təşkilatları Birliyi və Fransa Farmaseptlərinin Həmkarlar Təşkilatları Federasiyası mayın 30-da tətil keçirəcəkləri ilə bağlı bildiriş yayıb.

Trend-in məlumatına görə, bu barədə "Figaro" nəşri xəbər verib.

Məlumata əsasən, həmin gün ölkədə apteklər işləməyəcək. Aksiyaya tibb bacıları da qoşulacaq.

Aksiyada məqsəd hökumətin diqqətini əczaçılıq sahəsindəki problemlərə, xüsusən də dərman çatışmazlığına yönəltməkdir. Təşkilatçılar bildirirlər ki, təkcə yanvar ayında maliyyə çətinliklərinə görə 36 aptek bağlanıb. Vəziyyət belə davam edərsə, 25 minədək əczaçı işini itirəcək. Farmakoloji sahədə təhsildə də islahatlar zəruridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti