Türkiyənin Azərbaycan əsilli astronavtının kosmosda missiyası tamamlanıb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 8 İyun 2024 21:55 (UTC +04:00)
Türkiyənin Azərbaycan əsilli astronavtının kosmosda missiyası tamamlanıb (YENİLƏNİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangir Atasever kosmosda missiyasını başa vurub.

Trend-in məlumatına görə, astronavtın da olduğu "VSS Unity" suborbital idarəolunan kosmoplanı ABŞ-ın Nyu-Meksiko ştatındakı "Spaceport" kosmodromundan uçub.

Məlumata əsasən, kosmoplanın buraxılışı yerli vaxtla saat 08:30-da baş tutub. Kosmik gəminin uçuşu 1 saat 10 dəqiqə davam edib. Bildirilib ki, 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib. Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

xxx

19:44

Türkiyənin Azərbaycan əsilli astronavtı Tuva Cihangir Atasever kosmosa uçub.

Trend-in məlumatına görə, Tuva Cihangir Ataseverin də olduğu "VSS Unity" suborbital idarəolunan kosmoplanı ABŞ-ın Nyu-Meksiko ştatındakı "Spaceport" kosmodromundan uçub.

Məlumata əsasən, kosmik gəminin buraxılışı yerli vaxtla saat 08:30-da baş tutub.

Bildirilib ki, astronavt üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti