...

Avropada bu səbəbdən bəzi iş yerləri bağlanıb

Dünya xəbərləri Materials 21 İyun 2024 13:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropada, xüsusən qitənin cənubunda yerləşən ölkələrdə anomal istilər hökm sürür.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki,iyun ayının olmasına baxmayaraq, artıq yarımadanın bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə qədər yüksəlib.

Məlumata görə, şiddətli istilər səbəbindən İtaliyanın paytaxtı Romada infrastruktur quruculuq layihələrinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Sinoptiklər irəliləyən günlərdə havanın temperaturunun yüksələcəyini qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti