...

Niderland və daha bir ölkə Ukraynaya "Patriot" ZRK-nı tədarük edəcək

Dünya xəbərləri Materials 21 İyun 2024 21:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland və daha bir ölkə Ukraynaya "Patriot" zenit-raket kompleksini (ZRK) birgə tədarük etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə "NL Times" nəşrti Niderland müdafiə naziri Kaysa Ollonqrenə istinadən bildirib.

"Niderland Ukraynaya "Patriot" zenit-raket kompleksini göndərmək üçün digər bir ölkə ilə birləşib", - deyə qeyd olunub.

K.Ollonqren hansı dövlətdən söhbət getdiyini dəqiqləşdirməyib.

Bundan əlavə, nazir Rumıniyanın “Patriot” hava hücumundan müdafiə sistemini Ukraynaya ötürmək qərarını dəstəklədiyini bildirib və ABŞ-ın Kiyevə daha çox dəstək verməyə çalışdığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti