...

Rumıniya öz pilotsuz uçuş aparatlarını istehsal edəcək

Dünya xəbərləri Materials 23 İyun 2024 04:49 (UTC +04:00)

Bakı. Trend:

Rumıniya öz pilotsuz uçuş aparatlarını istehsal edəcək.

Trend xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat naziri Radu Oprea bildirib.

"Mən əminəm ki, yayın sonuna qədər Rumıniyada pilotsuz uçuş aparatı üçün hazır bir layihə mövcud olacaq. Əqli mülkiyyət hüquqlarını əldə etməsi üçün layihə milli müdafiə şirkəti "Romarm"ın müəssisələrindən birində sınaqdan keçiriləcək", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti