...

Mançester hava limanında elektrik enerjisi kəsilib, uçuşlar dayandırıldı

Dünya xəbərləri Materials 23 İyun 2024 17:19 (UTC +04:00)

Bakı. Trend:

İngiltərənin Mançester hava limanı elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, bu barədə "Sky News" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, elektrik enerjisinin kəsilməsi əvvəlcə gözlənildiyi kimi daha geniş bölgəyə deyil, yalnız hava limanına təsir edib. Hadisənin səbəbi barədə məlumat verilməyib.

Bu hava limanına gedən uçuşlar Böyük Britaniyanın digər hava limanlarına yönləndirilir. Bu hava limanından uçmağı planlaşdıran sərnişinlərə oraya getməmələri tövsiyə olunur və hər hansı əlavə məlumat üçün öz aviaşirkətləri ilə əlaqə saxlamaları tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti